Saat:17:56
Haqqımızda

KTMT sülhməramlılarının axırıncı təyyarəsi Qazaxıstanı tərk elədi

2022-01-19 15:05:00

KTMT sülhməramlılarının axırıncı təyyarəsi Qazaxıstanı tərk elədi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, KTMT öz qoşunlarının hamısını Qazaxıstandan çıxarıb. Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında xidmət edən rusiyalı hərbçiləri aparan axırıncı dörd təyyarə Qazaxıstandan Moskvaya yola düşüb. Açıqlamada deyilir: “Rusiyanın hərbi nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu dörd təyyarəsi Qazaxıstan Respublikasının Nursultan və Almatı aeroportlarından yola düşüblər”. General-polkovnik Andrey Serdyukovun başçılıq elədiyi sülhməramlı heyətin axırıncı bölmələri bu təyyarələrlə Rusiyaya qayıdıblar.

Bundan əvvəl Rusiyanın hərbi nəqliyyat aviasiyasının  təyyarələri ilə Ermənistan, Belarus, Tacikistan və Qırğızıstandan olan sülhməramlılar Qazaxıstandan evlərinə qayıtmışdılar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR