Saat:14:08
Haqqımızda

KTMT sədri Qırğızıstanla Tacikistanı atəşi dayandırmağa çağırdı

2022-01-28 09:30:00

KTMT sədri Qırğızıstanla Tacikistanı atəşi dayandırmağa çağırdı

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Qırğızıstanla Tacikistanı dərhal sərhəddə atışmanı dayandırmağa çağırıb. Bu barədə açıqlamanı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov verib.

Mətbuat xidmətinin açıqlamasında deyilir: “Zas Tacikistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Hasrullo Mahmudzodo və Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulovla telefonla danışıb. Telefon danışığı zamanı KTMT-nin Baş katibi tərəfləri Qırğızıstan ilə Tacikistan sərhədində atəşi dərhal dayandırmağa çağırıb”.

Zas KTMT üzvləri olan Tacikistanla Qırğızıstan arasındakı sərhəddə toqquşmaların yenidən başlanmasından ciddi şəkildə narahat olduğunu bildirib. Bəlli olduğu kimi, toqquşma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

KTMT-nin Baş katibi deyib: “Tacik-qırğız sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə yalnız sülh yolu ilə danışıqlar masası arxasında həll olunmalıdır”.

Zas onu da qeyd edib ki, təşkilat Qırğızıstanla Tacikistan arasındakı münaqişənin həllində zəruri köməyi göstərməyə hazırdır.

Xəbər verdiyimiz kimi, atışmanın səbəbinin Tacikistan tərəfinin birtərəfli qaydada Batken rayonundakı Tort-Koço məntəqəsindəki yolları bağlamasının olduğu bildirilir. Bu yol Qırğızıstanın Batken və İsfana şəhərlərini birləşdirir. Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat Xidmətinin açıqlamasında deyilir: “Yerli vaxtla saat 19:35 radələrində tacik tərəfinin Qırğızıstan sərhədçilərinə atəş açması nəticəsində vəziyyət pisləşib”. Tort-Koço və Çır-Dobo məntəqələrində atışma xüsusilə intensiv olub.

Hürr Tərcüman        

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR