KTMT sammiti başlanıb
2025-11-27 12:15:36
Hurriyyet.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası işə başlayıb.
Sammitdə Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Qırğızıstan prezidentləri — Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin, İmomali Rahmon və Sadır Japarov iştirak edirlər.
Zirvə toplantısının iştirakçıları narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla, birgə fəaliyyət məsələlərini müzakirə edəcəklər.
KTMT sammitindən əvvəl Bişkekdə iştirakçı ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katiblərinin birgə iclası keçirilib.
Hürr Tərcüman
