KTMT: Qafqaza müşahidəçi missiya göndərməyə hazırıq
.jpg)
KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov qurumun Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Hurriyyet.az xəbər verir ki, rəsmi bu barədə KTMT-nin mənzil-qərargahında rəhbərlik heyətinin geniş məsləhətləşməsindən sonra bildirib.
“Qafqaz Kollektiv Təhlükəsizlik regionuna gəlincə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin olunması marağına görə Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə həmişə hazırdır”, – deyə Şuvalov qeyd edib.
KTMT Katibliyinin nümayəndəsi əlavə edib ki, KTMT digər yardım vasitələri göstərməyə hazırdır.
Xatırladaq ki, 2022-ci il noyabrın 23-də KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyan “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni imzalamamışdı.
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya