KTMT-nin xəritəsi ermənilərin narazılığına səbəb oldu - FOTO

2022-09-24 00:02:00

KTMT-nin xəritəsi ermənilərin narazılığına səbəb oldu - FOTO

İrəvanda səfərdə olan KTMT-nin Baş katibi Stanislav Zas dünən Ermənistan ordusunun Baş Qərargah rəisi general-mayor Edvard Asryan ilə görüşüb. Tərəflər görüş zamanı Ermənistan- Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun görüşdən paylaşdığı foto sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə yol açıb.

Görüşdən yayılan fotoda tərəflərin Azərbaycan və Ermənistan sərhədinin xəritəsini müşahidə etdiyi görünür.

Xəritədə Laçın və Naxçıvan arasında çəkilən xətt ermənilərin narazılığına səbəb olub. Bəzi erməni sosial şəbəkə istifadəçiləri KTMT-nin bu xəritə əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyini qeyd edib.

 

KTMT-nin xəritəsi ermənilərin narazılığına səbəb oldu - FOTO

 

Modern.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.093956