Saat:01:12
Haqqımızda

KTMT-nin baş katibi Ermənistanın boykotu barəsində danışıb

2024-12-04 14:41:22

KTMT-nin baş katibi Ermənistanın boykotu barəsində danışıb

Hurriyyet.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov Ermənistanın KTMT tədbirlərində iştirak etməməsinin təşkilatın fəaliyyətinin səmərəliliyinə təsir etmədiyini söyləyib. O, Ermənistanın KTMT-nin müttəfiqi olaraq qaldığını qeyd edib.
Tasmaqambetov deyib: "Ermənistanın təşkilatın apardığı bütün bu müzakirələrdə iştirak etməməsi bizim işimizin səmərəliliyinə təsir göstərmir. Bununla belə Ermənistan Respublikası bizim müttəfiqimizdir və Ermənistanla münasibətdə bütün öhdəliklərimiz saxlanılır. Ermənistan istənilən vaxt təşkilatın işində tammiqyaslı iştiraka qayıda bilər. KTMT üzvləri tərəfindən buna etiraz edən, yaxud da əngəl yaradan yoxdur". 
Hürr Tərcüman