KTMT Ermənistan-Azərbaycan döyüşləri ilə bağlı iclas keçirəcək

2022-09-13 21:18:00

KTMT Ermənistan-Azərbaycan döyüşləri ilə bağlı iclas keçirəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Sentyabrın 13-də axşam saatlarında KTMT Kollektiv Təhlükəsizlik Şurasının Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin gərginləşməsinə həsr olunmuş iclası keçiriləcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

O, Rusiya mətbuatına açıqlamasında görüşün videokonfrans formatında keçiriləcəyini vurğulayaraq deyib: “Ermənistan tərəfinin xahişi ilə bu gün saat 18:30-da (hələ vaxt razılaşdırılır) KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans formatında iclası keçiriləcək”.

Bəlli olduğu kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ötən gecə  növbəti təxribatı törədən Ermənistan Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə üzləşib.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000107