KTMT bu dəfə də erməniləri məyus etdi: "Laçın dəhlizi məsuliyyət dairəsindən kənardadır"

2022-12-20 15:00:00

KTMT bu dəfə də erməniləri məyus etdi:

Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Laçın dəhlizindəki vəziyyətlə bağlı müraciət olmayıb.

Hurriyyet.az xəbər verir ki, bunu KTMT Baş katibi Stanislav Zas deyib.

Baş katib həmçinin qeyd edib ki, Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardadır.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.152717