KTMT baş katibi Ermənistan Baş Qərargahında

2022-09-22 14:18:00

KTMT baş katibi Ermənistan Baş Qərargahında

KTMT-nin baş katibi Stanislav Zas Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi, general-mayor Edvard Asryanla görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat yayıb.

“Ermənistan Respublikasının sərhədyanı rayonlarının bəzi ərazilərində vəziyyətin ətraflı müzakirəsi aparılıb. Biz hazırkı vəziyyətdə Təşkilatın gələcək mümkün tədbirlərini müzakirə etdik”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar iclasının qərarına əsasən, KTMT-nin Ermənistana missiyasının başına KTMT-nin baş katibi Stanislav Zas gəlib. Missiyaya Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000094