Saat:09:01
Haqqımızda

KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT VERƏCƏK

2022-11-23 11:56:00

KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT VERƏCƏK

KTMT baş katibinin müavini Valeri Semerikov  Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin ayrıca müzakirə olunacağını deyib.

Hurriyyet.az xəbər verir ki, V.Semerikov bu barədə “Sputnik Armenia”ya açıqlama verib.

"Bu mövzu həm nazirlər səviyyəsində, həm də dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov bildirib.

Onun sözlərinə görə, bu konteksdə müvafiq inkişaf var və nazirlər səviyyəsində bəyanat veriləcək.

Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirilir. 2022-ci ilin yanvarından Ermənistan KTMT-nin sədridir, indi isə estafet Belarusa verilir.

Xatırladaq ki, quruma Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR