Saat:04:26
Haqqımızda

"Krokus Siti Holl"da ölənlərin sayı artıb - YENİLƏNİB

2024-03-23 17:00:05

Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***

Moskvada martın 22-də "Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

Hurriyyet.az xəbər verir ki, mənbələr "Baza” "Telegram" kanalına ölü sayının 143-ə çatdığını bildirib.

Ölü sayının daha da artacağı ehtimal edilir.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Hurriyyet.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi "Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

Moskva vilayətində "Krokus Siti Holl"da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "112” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.297064