Kriştianu Ronaldu Madriddə lüks klub açır: Telefonlar qadağan ediləcək
2025-11-27 21:06:23
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu karyerasından sonrakı dövrə hazırlıqlarını davam etdirərək Madriddə yeni lüks layihəsinə start verir.
40 yaşlı superulduz şəhərin ən prestijli ərazilərindən biri olan “Golden Mile”də xüsusi üzvlər üçün nəzərdə tutulmuş premium klub açır.
Layihənin əsas özəllikləri:
- Telefon və foto qadağası: Klubda tam məxfilik təmin olunacaq. Mobil telefonların istifadəsi və foto çəkilişlər qəti şəkildə qadağan ediləcək.
- Üç yüksək səviyyəli restoran və eksklüziv şərab klubu.
- İş adamları və yaradıcılar üçün korporativ iş zonası, xüsusi ofislər və podkast studiyası.
Üzvlük yalnız dəvət əsasında olacaq və qiymətinin 15 min avroya qədər yüksələcəyi bildirilir.
Ronaldunun bu layihə ilə hədəfi futbol sonrası biznes portfelini genişləndirmək və dünyanın müxtəlif şəhərlərində lüks yaşam tərzini təklif edən eksklüziv məkanlar yaratmaqdır. \\Offsideplus.az
