Kriminal duet-Arutunyan ilə Vardanyan Azərbaycanın təkliflərindən imtina etdilər

2022-12-30 12:44:00

Kriminal duet-Arutunyan ilə Vardanyan Azərbaycanın təkliflərindən imtina etdilər

Diplomatik mənbələrdən Minval.Az-a daxil olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə Laçın yolunda vəziyyət və humanitar yüklərin Xankəndinə çatdırılması müzakirə olunub. Bu məlumatı digər mənbələr də təsdiqləyib.
Azərbaycan tərəfi öz təkliflərini bildirib: humanitar yüklərin Xankəndinə çatdırılmasında heç bir problem və maneə yoxdur. Amma avtomobillər və yüklər yoxlanılacaq. Eyni təkliflər Aİ tərəfindən də irəli sürülüb. Erməni tərəfi hər gün Ermənistandan Xankəndinə 400 tona qədər müxtəlif yüklərin gətirildiyini israr etdiyindən, bu yükləri çatdıran avtomobillərin və onların aid olduğu şirkətlərin siyahısının tərtib edilməsi və yoxlamalar aparılarsa onların keçməsi üçün şərait yaradılacağı təklif edilib. Lakin erməni tərəfi bu təklifdən qəti şəkildə imtina edib.
Üstəlik, quldur birləşmələrin başında durduğu Araik Arutyunyan və Ruben Vardanyan sözün əsl mənasında köynəklərini cırıb, “humanitar fəlakət”, “blokada” və s. haqqında şivən qopararaq imtina ediblər.
Aydındır ki, cinayətkar duet Arutyunyan-Vardanyanın məqsədi ümumiyyətlə rus "sülhməramlılar"ının müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərin əhalisinin ehtiyac duyduğu malların çatdırılması deyil, mifik "humanitar böhran" ətrafında informasiya ajiotajının yaradılmasıdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156119