Saat:10:31
Haqqımızda

Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

2023-05-26 23:02:00

Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova başından güllələnib.

Hurriyyet.Az axşam.az-a istinadən bildirir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR