Krımı işğal etmiş Rusiya Ukraynanı məhkəməyə verdi
2021-07-22 17:27:00
Hurriyyet.org xəbər verir ki, Rusiya Ukraynanı vətəndaşları insan hüquqlarından məhrum eləməkdə ittiham edərək, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Rusiya ilk dəfədir ki AİHM-də başqa ölkəyə qarşı iddia qaldırır.
Rusiyanın Baş Prokurorluğu tərəfindən hazırlanmış 10 maddəlik siyahıda Ukraynanın Avropa İnsan Hüquqları Müqaviləsinin bəzi maddələrini pozduğu iddia edilir.
Kiyev hökuməti Odessa və Donbasda dinc sakinləri öldürməkdə, həbs eləməkdə, onlara işgəncə verməkdə, Ukraynanın cənub-şərqindəki separatçıları səsvermə hüququndan məhrum eləməkdə, Rusiya tərəfindən işğal edilmiş Krımı blokadaya salmaqda, Ukrayna dilini rus dilindən üstün tutmaqda və s. ittiham edilir.