Saat:06:50
Haqqımızda

Krımda Zelenskinin müraciəti yayıldı, Putin təhqir edildi

2023-11-30 12:55:56

Krımda Zelenskinin müraciəti yayıldı, Putin təhqir edildi

Krımda telekanalların yayımı Ukrayna Prezidenti Vladimir Zelenskinin müraciəti ilə kəsilib. Kanalların adları isə Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqirlərlə əvəzlənib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.

Məlumata görə, Krımın “rəhbərinin müşaviri” Oleq Kryuçkov rəqəmsal televiziya xidmətləri göstərən bir sıra internet provayderinin “sındırıldığını” açıqlayıb:

“Haker hücumunda Ukraynanın İnformasiya və Psixoloji Xüsusi Əməliyyatlar Mərkəzi iştirak edib. Haker hücumunun nəticələri yaxın gələcəkdə aradan qaldırılacaq”.

Yayımlanan videoya əsasən, əhaliyə Zelenskinin oktyabrın 24-də Krım platforması sammitindən sonra yazılan müraciəti göstərilib:

“Orada o, Rusiya donanmasının qaçışı haqqında danışıb və ilhaq edilmiş yarımadanın əhalisinə müraciət edib: “Hamınız hiss edirsiniz ki, bizim torpağımızda rus varlığı əbədi olmayacaq. Mən bunu bilirəm. Ukrayna öz ərazisini, öz xalqını qaytaracaq”.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197535