Krımda Rusiyanın S-400 raket sistemi məhv edildi

2023-08-23 16:32:03

Krımda Rusiyanın S-400 raket sistemi məhv edildi

"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb". 

Hurriyyet.az UNİAN-a istinadən xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında bildirilib.

Qeyd edilib ki, bu, rusların hava hücumundan müdafiə sisteminə ağrılı zərbədir və işğal olunmuş yarımadada gələcək hadisələrə təsir edəcək.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən işğal olunub. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137700