Krım tatarlarının lideri Türkiyə Diyanət Fondunda görüş keçirib

2023-01-05 11:13:00

Krım tatarlarının lideri Türkiyə Diyanət Fondunda görüş keçirib

Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Abdülcemil Krımoğlu və Krım Muxtar Respublikası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Müfti Ayder Rüstəmov Ankarada Türkiyə Respublikası Diyanət İşləri İdarəsində və Türkiyə Diyanət Fondunda olublar.

Diyanət Fondunun rəhbəri Ali Erbaşı ziyarət edən Mustafa Abdülcemil Krımoğlu görüşlə bağlı "Krım Xəbər Agentliyi"nə açıqlama verib. Krımoğlu Ali Erbaşla Ukraynada Rusiya müharibəsinin qurbanı olmuş müsəlmanların vəziyyətini müzakirə etdiyini dilə gətirib. Həmçinin Kırımoğlu ve Rüstəmov, Türkiyə Diyanət Fondu Qəyyumlar Şurasının ikinci başqanı İhsan Açık ilə də görüş keçiriblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.257808