Saat:17:09
Haqqımızda

Krım rəsmisi: Ukrayna ordusu gəlmir, inanmayın!

2022-05-17 12:21:00

Krım rəsmisi: Ukrayna ordusu gəlmir, inanmayın!

Rusiya ordusu Ukraynanın cənubunun “azad edilmiş” ərazilərini tərk etməyəcək. Ona görə də yerli əhali ukraynalı millətçilərin geri qayıtmasından qorxmamalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks deyib.

“Yerli əhali ukraynalı millətçilərin və neonasistlərin geri qayıtmasından qorxmamalıdır. Xəyali qələbələr və gözlənilən hücumlar haqqında Ukrayna təbliğatının danışdığı dəhşətli hekayələr başqa bir blefdir. Ordumuz Ukraynanın cənubunun azad edilmiş ərazilərini tərk etməyəcək, xüsusi əməliyyatın məqsəd və vəzifələri yerinə yetiriləcək. Cənub bölgələrinin sakinlərinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir”, - o bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR