“Krım qayıdandan, Rusiya rəhbəri diz çökəndən sonra Ukrayna tam qalib olacaq” – Kuleba

2022-08-31 13:58:00

“Krım qayıdandan, Rusiya rəhbəri diz çökəndən sonra Ukrayna tam qalib olacaq” – Kuleba

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Azadlıq radioasuna müsahibəsində Ukraynanın Rusiya ilə müharibədə qələbəsinin 24 fevraldakı mövqelərə qayıtmaq yox, ölkənin ərazi bütövlüyünün tam bərpası demək oladuğunu söyləyib. Bu barədə məlumatı Ukrainform verib.

Kuleba deyib: “24 fevraldakı mövqelərə qayıtmaq – Ukraynanın 2014-cü ildən 2022-ci ilə qədər məruz qaldığı işgəncələrin davam eləməsi deməkdir. Ukraynanın bu müharibədə qələbəsi – onun hərbi, diplomatik yollarla ərazi bütövlüyünün tam bərpasıdır. Sonra müharibənin ikinci mərhələsi başlanacaq – hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə, təcavüzkarlıqda müqəssir olanların məsuliyyətə cəlb edilməsi və kompensasiyaların ödənməsi”.

Kuleba bundan sonra üçüncü mərhələnin – rus xalqının və rus siyasi elitasının günahlarını etiraf edəcəyi mərhələnin gələcəyini qeyd edib.

Kuleba deyib: “Mən tam əminəm ki, bir gün gələcək, Rusiyanın kimliyindən asılı olmayaraq, hər hansı bir lideri Ukraynaya gəlib Rusiya təcavüzünün qurbanlarının abidəsinin qarşısında diz çökəcək. Uzun müddət dizüstə dayanıb bizə edilən zülmlərə görə üzr istəyəcək. Məhz bunun baş verdiyi gün – Ukrayna qəti qələbəsini qazanmış olacaq”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056197