Saat:10:10
Haqqımızda

Krım körpüsünə hücumlar davam edir - "Teleqram" kanalları nə yazır?

2025-06-03 18:33:00

Krım körpüsünə hücumlar davam edir -

Hurriyyet.az "Korrespondent.net" portalına istinadla xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna qüvvələrinin Krım körpüsünə hücumlarının davam etdiyi barəsində məlumat verilir. Həmin xəbərlərə görə, dəniz dronları Krım körpüsünün ətrafındakı maneələri vururlar.
Rusiyanın rəsmi mediasının məlumatına görə, Rusiya hakimiyyəti Krım körpüsünə avtomobil yolunu bağlayıb və ərazidəki dəniz nəqliyyatının fəaliyyətini dayandırıb.
Rusiyanın yerli "Teleqram" kanalları isə körpü ərazisində partlayışların eşidildiyini yazırlar. 
"ÇP/Krım" kanalı yazır: "Krım körpüsünə hücum davam edir. Maneələrə keçidlər vurulur. Körpü bağlanıb. Qara dəniz hövzəsinə düşmən hücumu davam edir".
Rusiya hərbi blogeri Vladimir Romanov Krım körpüsünə dəniz dronlarının hücum etdiklərini iddia edir. Onun məlumatına görə, Rusiya qüvvələri bir ədəd dronu məhv edə biliblər, lakin hücum davam edir.
Ukrayna tərəfdarı olan "Krımski veter" "Teleqram" kanalı isə saat 15.00 radələrində Kerçdə güclü partlayış olduğunu, bununla əlaqədar təşviş yarandığını və Rusiya vertolyotunun havaya qaldırıldığını xəbər verib.
Fedosiya yaxınlığında da partlayış səsləri eşidilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149399