"Kremlin siyasi-hərbi uğursuzluğu artdıqca Pekindən daha çox asılı düşür" - XAQANİ CƏFƏRLİ

2023-09-06 11:49:18

"Çinin Rusiya torpaqlarının bir hissəsini özünküləşdirməyə sözdə də olsa, etiraz etməyə cəsarət etməməsi Rusiyanın Çinin vassalına çevrilməsinin bariz nümunəsi oldu"

"Hindistan Filippin və Malaziyaya qarşı ərazi iddiasını rəsmiləşdirən, Rusiyanın torpaqlarının bir hissəsini özünküləşdirən Çin Moskvadan əlavə güzəştlər tələb edir. Rusiyada ən çox istinad edilən politoloq olan professor Valeri Soloveyin açıqladığı məlumata görə, Pekin Rusiyadan Ukraynanın ərazisindən böyük ərazinin uzun müddətdə təyinatından və yerləşdiyi çoğrafiyadan asılı olaraq 49 illiyinə və 99 illiyinə Çinə icarəyə verilməsini tələb edir. Politoloq Soloveyin açıqladığı məlumata görə, Pekin bir neçə il əvvəl Moskva ilə imzalnmış sazişin təcili surətdə həyata keçirilməsini Kremldən tələb edir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, bir neçə il öncə Rusiya Təbii Sərvətlər Nazirliyinin Çin Dövlət Şurasının Torpaq Ehtiyatları Departamenti ilə 3.5 milyard hektar ərazinin uzun müddətə Pekinə icarəyə verilməsi haqqında müqavilə imzalayıb: "Həmin müqavilə hüquqi aktların dərci olunduğu rəsmi portalda yerləşdirilmişdi. O zaman cəmiyyətin etirazı müqavilənin rəsmi portaldan çıxarılmasına səbəb olmuşdu. Cəmiyyətin narazılığından qorxan Kreml medianın dili ilə Çinə torpaq icarəyə verilməsini təkzib etmişdi. Yeni məlumatlara görə isə Pekin Moskvadan öhdəliklərinə əməl etməyi tələb edir".

Xaqani Cəfərlinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə siyasi-hərbi uğursuzluğu artdıqca Moskva Pekindən daha çox asılı düşür: "Artıq belə qənaətlər yaranmağa başlayıb ki, Rusiya Çinin vassalına çevrilir. Fransa prezidenti Emmanuel Makron hələ bir neçə ay öncə bəyan etmişdi ki, Rusiya Çinin vassalına çevrilir. Artıq çoxları bu qənaətdədir. Çinin Rusiya torpaqlarının bir hissəsini özünküləşdirməyə sözdə də olsa etiraz etməyə cəsarət etməməsi Rusiyanın Çinin vassalına çevrilməsinin bariz nümunəsi oldu".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136281