Kremlin Kiyevdən sonrakı hədəfi Tbilisidir? - Sensasion DETALLAR

2022-08-02 17:37:00

Kremlin Kiyevdən sonrakı hədəfi Tbilisidir? - Sensasion DETALLAR

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "VKontakte" sosial şəbəkəsində paylaşılan post müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, Kremlin hökumət nümayəndəsinin səhifəsində paylaşılan postda Rusiyanın təkcə Kiyevi ələ keçirmək niyyətində olmadığı, həm də keçmiş SSRİ-nin digər xalqlarını, o cümlədən Gürcüstanı da yenidən fəth etmək niyyətində olduğu qeyd olunub.

Dmitri Medvedevin sosial şəbəkəsində onun adı ilə dərc olunan yazıda Gürcüstan Rusiyanın tarixi ərazisi kimi qeyd edilib:

“90-cı illərin əvvəllərində edilən ölümcül səhvin düzəldiləcəyinə heç kim şübhə etməməlidir. Artıq suverenlik paradları olmayacaq və bir vaxtlar böyük və qüdrətli Sovet İttifaqında yaşamış bütün xalqlar dostluq və qarşılıqlı anlaşma şəraitində birlikdə yaşayacaqlar və biz bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik. Biz artıq bu yolda irəliləməyə başlamışıq. Kreml təkcə Kiyevi ələ keçirmək niyyətində deyil, o həm də keçmiş SSRİ-nin digər xalqlarını, o cümlədən Gürcüstan və Qazaxıstanı yenidən fəth etmək niyyətindədir. Bundan sonra biz Vahid Rusiya adı ilə slavyan millətinin rəhbərliyi altında sərhədimizin bərpası üçün yeni bir yürüş təşkil edəcəyik ki, bu, heç bir yerdə bitməyəcək".

Paylaşılan postda Gürcüstanla bağlı sensasion məqamlar da yer alıb:

"Məsələn, Gürcüstan ümumiyyətlə yox idi. 1801-ci ilə qədər indiki Gürcüstanın ərazisi 5 suveren siyasi vahiddən ibarət idi: Kartli və Kaxeti, paytaxtı Tiflis, İmereti, paytaxtı Kutaisi, iki knyazlıq - dəniz sahilində Sameqrelo və Quriya və dağlarda Svaneti knyazlığı, yəni indiki sərhədləri ilə Gürcüstan Rusiya imperiyası çərçivəsində yaradılıb. Gürcüstan Rusiyaya tərəf yaxınlaşdı, ona görə ki, Rusiyanın müsəlman dövlətlərinin kifayət qədər düşmən mühitində yeganə müttəfiqi olduğunu başa düşdü və bu gün də eyni hadisələr təkrarlanır – Şimali və Cənubi Osetiya, Abxaziya və Gürcüstanın qalan hissəsi ilə yalnız Rusiyanın tərkibində birləşə bilər", - deyə paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Medvedevin köməkçisi Oleq Osipov Medvedevin "VKontakte" sosial şəbəkəsindəki səhifəsinin kimlərsə tərəfindən ələ keçirldiyini və sözügedən post qeyri müəyyən şəxslər tərəfindən yazıldığını bildirib.

O deyib ki, Medvedevin sosial şəbəkədəki son paylaşımı hərbi donanma ilə bağlı olub və hakerlər sosial şəbəkəni sındıraraq Dmitri Medvedevin adından yazı dərc edənlərin kimliyi “ВКонтакте” administrasiyası və müvafiq qurumlar tərəfindən araşdırılır və ictimaiyyətə məlumat veriləcək.

Məlumat üçün onu da bildirək ki, sözügedən yazı sonradan sosial şəbəkədən silinib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054547