Kremlin dəstəklədiyi qüvvələr Bayraktar ailəsini təhdid etdilər!

2022-08-29 14:38:00

Kremlin dəstəklədiyi qüvvələr Bayraktar ailəsini təhdid etdilər!

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın ən böyük haker qrupu olan Killnet Ukraynadakı müharibədə Rusiya ordusunun böyük itkilər verməsinə səbəb olmuş “Bayraktar” silahlı dronlarının istehsalçısı olan Bayraktar ailəsini təhdid edib.

Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevi dəstəklədiklərini bildirən ABŞ, Norveç, Rumıniya, Litva, İtaliya,Çexiya, Latviya kimi ölkələrə hücumları ilə tanınan, Kreml tərəfindən dəstəklənən Killnet haker qrupu “Teleqram” kanalındakı açıqlamasında “Bayraktar” SPUA-nı istehsal edən “Baykar” şirkətini və Bayraktar ailəsini təhdid edib.

Bəlli olduğu kimi, “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktar bu günlərdə BBC telekanalının Rusiya redaksiyasına müsahibə verdiyi zaman “Moskva sizə böyük pullar ödəsə, onlara da “Bayraktar” satarsınızmı?” sualının cavabında deyib: “Bizim işimizin təməli heç bir zaman pul və madiyyat olmayıb. Moskva bizə nə qədər pul təklif edirsə, eləsin, onlara satmayacağıq”.

Bu açıqlamadan sonra Kremlin dəstəklədiyi “Klinnet” öz “Teleqram” kanalında şirkəti təhdid edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl RF Şurası Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov “Baykar” şirkətinin Ukraynada SPUA istehsalı edən fabrik tikəcəyi halda, həmin müəssisənin qanuni hədəf olacağını bəyan eləmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067218