Saat:22:32
Haqqımızda

Kremlin “barıt qoxulu” sülh müqaviləsi - Bakı ona imza atmayacaq!

2022-11-26 10:27:00

Kremlin “barıt qoxulu” sülh müqaviləsi - Bakı ona imza atmayacaq!

Azərbaycana sülh xətrinə sülh lazım deyil; Rusiya isə prosesləri 1988-1989-cu illərdəki separatizm dövrünə qaytarmağa çalışır; Moskvanın çoxüzlü siyasəti yeni qiyafədə...

KTMT-nin İrəvan sammitinin ertəsi günü Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda oldu. Azərbaycan Prezidenti tərəfindən qəbul edildi. Rəsmi məlumata görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Ermənistan tərəfinin öz üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xovayev noyabrın 14-də İrəvana səfər etmişdi. Orada da sülh müqaviləsi əsas diqqət mərkəzində olmuşdu. Hər halda, yayılan informasiyalardan bu qənaət hasil olub. Rusiyalı diplomatın 10 gün sonra Bakıya təşrif buyurması həqiqətən də tərəflər arasında sülh müqaviləsinin “rus variantı” ilə bağlı zondaj aparıldığına şübhə saxlamır.

Ancaq Azərbaycana sülh xətrinə sülh yox, Rusiyanın Qarabağdakı hərbi mövcudluğuna sonsuzadək əsas yaradacaq “sülh müqaviləsi” yox, özünün irəli sürdüyü 5 məlum prinsip əsasında fundamental beynəlxalq sənəd, yəni uzunömürlü sülh lazımdır. Hansı sənəd ki, nə Ermənistana, nə də Rusiya və Qərbə (ABŞ-a, Fransaya) ərazi bütövlüyümüzlə bağlı manipulyasiyaya imkan verməyəcək.

*****

Ruben Vardanyan Qarabağdakı qondarma qurumun “dövlət naziri” oldu | KONKRET

Təəssüf ki, Moskvanı belə sonluq maraqlandırmır. Rusiyanı ən çox düşündürən bölgədəki imperiya maraqlarını qoruyub saxlamaqdır. Elə olmasaydı, Qarabağ anklavında “Vardanyan kartı”nı, “Rus icması” layihəsini işə salmazdı, “Rus mərkəz”ləri açmazdı. Xankəndində təxribatçı mitinqi təşkil eləməzdi. Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hələ də “Dağlıq Qarabağ”, “təmas xətti”, “erməni hərbi birləşmələri” ifadələri işlədilməz, kənd və qəsəbələrimiz, Xankəndi qondarma erməni adları ilə adlandırılmazdı.

Elə olmasaydı, 10 noyabr kapitulyasiya aktından 2 ildən çox keçsə də, erməni silahlı dəstələri tərksilah olunmaq əvəzinə, hələ də torpaqlarımızda at oynatmazdı. Hər gün mövqelərimiz silahlı separatçılar tərəfindən intensiv atəşə tutulmazdı. Bu harasıdır, Rusiya “sülhməramlıların” gözü qabağında Qarabağa “humanitar yardım” adı ilə rahatca nəinki adi silahlar və mina qurğuları, hətta hərbi texnikalar keçirilir.

Azərbaycan DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski srağagün Bakıda keçirilən konfransda çıxışı zamanı bu xüsusda deyib: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusi diqqət çəkir”.

Vaqner" Ukraynadakı müharibə üçün muzdluların genişmiqyaslı qəbuluna  başlayıb. Hamını götürürlər - BBC News Azərbaycanca

Rusiya hətta “Vaqner”çilərin köməyi ilə separatçılara ordu qururmuş kimi görünür. Kimə qarşı? Aydındır ki, əsas hədəf Azərbaycana təzyiq edib onu Rusiyaya sərfəli sülh müqaviləsinə razı salmaqdır...

*****

Kremlin iki qonşu xalqın barışığını istəməməsinin digər təzahürü 44 günlük müharibədən sonra Putinin imzası duran üçtərəfli və ikitərəfli sənədlərin heç birinin faktiki icra olunmamasıdır - özü də müstəsna olaraq Moskvanın öz günahı üzündən. Onları bir də sadalayaq: 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələr, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il Soçi bəyanatları və 22 fevral 2022-ci il Moskva Bəyannaməsi. Putinin imza atdığı 5 sənəd!

Yeri gəlmişkən, bu gün 26 noyabr 2021-ci il üçtərəfli Soçi bəyanatının bir ili tamamlanır. Həmin bəyanatda belə bir bənd var: “Biz Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik”.

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Ancaq ötən bir ildə bu yöndə ciddi heç bir iş görülməyib.  Ermənistanla yanaşı, Rusiya da öz öhdəliklərini yerinə yetirməyib. Söhbət ilk növbədə qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmamasından (4-cü bənd), Zəngəzur dəhlizinin açılmamasından(9-cu bənd) və kommunikasiyaların blokadadan çıxarılmamasından gedir. Halbuki Azərbaycan öz üzərinə düşənləri vicdanla və vaxtında yerinə yetirir. Yüksək keyfiyyətli alternativ Laçın yolunun inşası buna bariz sübutdur. 

İndi Rusiyanın sülh təşəbbüslərinin səmimiliyinə necə inanaq?

*****

“Bu gün görünən odur ki, Rusiya Azərbaycan-Ermənistan məsələsini həll etmək istəmir. Rusiya bütün məsələlərin həllinə imperiya arzularından yanaşır. Bu baxımdan da prosesin həllinə dair konstruktiv yanaşma tərzi ortaya qoya bilmir”.

Sabah dünya Azərbaycan -Türkiyə qardaşlığının daha bir mesajını alacaq

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibəsində deyib.

Politoloq hesab edir ki, son zamanlar Rusiyanın Azərbaycan ərazisində, yəni Qarabağda törətdiyi təxribatlar onun xüsusi emissarı olan Ruben Vardanyanın bura göndərilməsi heç bir məntiqlə izah oluna bilməz: “Bütün bunlar sözsüz ki, Rusiyanın suveren Azərbaycan ərazisində oynadığı oyunlardır. Hər bir azərbaycanlı bu davranışları hiddətlə qarşılayır. Digər yandan, Putin ardıcıl olaraq Azərbaycan Prezidenti ilə təmaslar qurur. İndi isə Rusiyanın xüsusi nümayəndəsi Bakıya gəlib. Avropa Birliyindən fərqli olaraq tamam başqa cür mövqe sərgiləməsinə baxmayaraq Rusiya təzyiq və təhdid formasında Azərbaycanı Ermənistana güzəştə getməyə sövq etməyə çalışır. Hər halda proseslərin gedişi bunu deməyə əsas verir”.

Lakin analitikin fikrincə, güclü siyasi iradəyə malik, dünya siyasi arenasında tanınan İlham Əliyev tərəfindən bu məsələlər xoşluqla qarşılana bilməz. “Ölkə başçısını tutmuş olduğu siyasi xətdən heç kəs döndərə bilməz. Azərbaycan xalqı da Rusiyanın prosesləri yenidən 1988-1989-cu illərdəki separatçılığın başladığı dövrə qaytarmaq istəyinə imkan verməyəcək. Rusiya nə qədər konstruktiv görünməyə çalışsa da real addımları ilə pozucu hərəkətlər edir. Bununla da sülhyaratma prosesinə zərbə vuracaq müddəaların ortaya atılmasını təşviq edir. Ona görə də Rusiyanın bu məsələdə vasitəçilik səyləri arzuolunmaz hal kimi qarşılanır”, - Qabil Hüseynli əlavə edib.

Odur ki, Kreml “barıt qoxulu” sülh müqaviləsini özünə saxlasa yaxşıdır. Bakı onsuz da ona imza atmayacaq...

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR