Saat:00:07
Haqqımızda

Kremlə hücumun arxasında kim dayanır? - Ağar

2023-05-04 10:46:00

Kremlə hücumun arxasında kim dayanır? - Ağar

Rusiya Kremlə, yəni dövlətin qəlbinə hücumu Putinə sui-qəsd kimi qiymətləndirdi. Zelenski isə hücumun arxasında Ukraynanın olmadığını açıqladı. Bu proseslərin gələcək inkişafı baxımından çox vacib məqamdır. Hücum əməliyyatının bütün təfərrüatını açmaq üçün isə kamikadze PUA-larının harda istehsal edilməsi və hansı dövlətə, yaxud qrupa verilməsinin aşkara çıxarılması lazımdır.

Bu sözləri Axar.az-a dünən Kremlə edilən dron hücumları haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert sözügedən hücum əməliyyatının həyata keçirilməsinin səbəb və məqsədləri, hədəfləri ilə bağlı dörd ehtimalın olduğunu bildirib:

“Birincisi, Ukrayna müttəfiqlərin ona qazandırdığı imkan və qabiliyyətlə bu xətti hücumu gerçəkləşdirib, ancaq belə gücə sahib olduğunu inkar edir;

İkincisi, bu, Putin və qərargahında şübhəni, paranoyanı, daxili qorxu və narahatlıqları dərinləşdirmək üçün Ukraynanın və ya müttəfiqlərin imkanlarından istifadə yolu ilə həyata keçirilən assimetrik (qeyri-ənənəvi metodlar -red ) əməliyyatdır;

Üçüncüsü, əməliyyat Rusiya daxilində Putinə və onun strategiyalarına qarşı çıxan və öz gücünü nümayiş etdirən gizli bir hərəkat tərəfindən gerçəkləşdirilə bilər. Belə olacağı halda bunu ölkə daxilində Putinə meydan oxuma kimi də qiymətləndirmək mümkündür;

Dördüncüsü isə Rusiyanın Ukraynada yaxın gələcəkdə planlaşdırdığı hücumları maskalamaq, onlara səbəb yaratmaq üçün özünün sözügedən əməliyyatı həyata keçirmək ehtimalıdır. Hətta hücumdan sonra orada vurulan və ətrafa yayılan PUA hissələri də aldatmaq, çaşdırmaq və manipulyasiya üçün istifadə oluna bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR