Saat:00:27
Haqqımızda

Kremldən tələb: Ukraynada dövlət dili rus dili olsun, ərazilərindən vaz keçsinlər, silahı yerə qoysunlar

2023-05-27 12:10:00

Kremldən tələb: Ukraynada dövlət dili rus dili olsun, ərazilərindən vaz keçsinlər, silahı yerə qoysunlar

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrovun müavini Mixail Qaluzin Ukraynanın Avropa İttifaqına daxil olmaqdan imtina edəcəyi və rus dilini dövlət dili kimi qəbul edəcəyi təqdirdə müharibənin dayandırılacağını bildirib.

Qluzin deyib: “Nizamlanma yalnız Ukrayna Silahlı Qüvvələrinin döyüşü dayandırması və Qərbin silah tədarükünə son qoyulması şərti ilə mümkündür. Hərtərəfli, ədalətli və möhkəm sülhün əldə edilməsi üçün, Ukrayna onun 1990-cı il dövlət suverenliyi byannaməsində qeyd edilmiş neytral, bolklardan kənar sttusuna geri dönməlidir. Həmçinin, Ukrayna yeni ərazi reallıqlarını tanımalıdır”.

Qeyd edək ki, bundan əvvəl RF lideri V.Putin Moskvnın Ukraynanın Aİ üzvü olmasına qarşı çıxmadığını bildirmişdi. Rus dilinin dövlət dili elan edilməsi tələbi isə ilk dəfə səsləndirilir.

Ukraynanın müharibənin bitməsi ilə bağlı mövqeyi dəyişməyib. Bu yaxınlarda Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirmişdi ki, “Ukraynada müharibə ölkənin sərhədlərinin 1991-ci ildəki beynəlxalq sərhədlərinə qayırdığı zaman bitəcək və bu, məsələnin reallaşması hazırda mümkün görünür”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR