Saat:22:57
Haqqımızda

Kremldən prezident Putinin karantin açqılaması

2021-09-16 17:18:00

Kremldən prezident Putinin karantin açqılaması

Prezidentin mətbuat katibi Dmitri Peskov, brifinq zamanı jurnalistlərə verdiyi açıqlamada, prezident Vladimir Putinin əhatəsindəki onlarla COVID-19 xəstəsinin onun işini və təhlükəsizliyini təmin edən işçilər olduğunu söylədi.Təbii ki, kifayət qədər çox insan bu işdə iştirak edir. Peskovun dediyinəgörə, doğrudan da kimsə yoluxub və işçi qrupu daxilində ünsiyyət olduğu üçün xeyli sayda insanı yoluxdurub. Kremlin sözçüsü əlavə etdi ki, indi prezident "hər zamanki rejimində" işləyir.
Peskov qeyd etdiyinə görə, Putinlə işləyən demək olar ki, hər kəs koronavirusa qarşı peyvənd edildi. Amma buna baxmayaraq, peyvənd "reanimasiyadan və ölümdən" qoruyur, ancaq COVID-19-un mülayim formasına yoluxmaqdan qorumur.
Peskov, onlarla peyvənd olunmuş insanın koronavirusa yoluxmasının Rusiya vaksinlərinin təsirini şübhə altına almadığını vurğulayaraq, prezidentə xidmət edən xəstə işçilər arasında kiminsə vəziyyətinin COVID-19-dan ciddi şəkildə ağırlaşdığından xəbərsiz olduğunu vurğuladı.
Peskov bildirib ki, Putin ən az bir həftə daha özünü təcrid edəcək. Eyni zamanda, dəqiq tarix açqlamayıb. 
Sentyabrın 14-də prezident Putin, ətrafdakı insanlarda koronavirusun aşkarlanması ilə əlaqədar olaraq özünü təcrid etmək üçün getdiyini açıqladı. Sentyabrın 16-da isə prezident, infeksiyanın bir və ya iki yox, 10-a yaxın insanda aşkarlandığını bildirdi.
Bundan əvvəl, prezident Putin, sentyabrın 13-də gün ərzində COVID-19-a yoluxmuş işçilərindən biri ilə danışdığını söylədi. Putin, bu adamın peyvənd edildiyini, sonra antitellərinin azaldığını və yenidən peyvənd edildiyini, ancaq yenidən peyvəndi etməkdə "gecikdiyini" açıqladı. Nəticədə, məlum işçi peyvənddən təxminən üç gün sonra xəstələnib.
Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR