Saat:06:17
Haqqımızda

Kremldən Paşinyana tam dəstək: "Daxili işləridir, qarışmırıq”

2022-05-17 17:20:00

Kremldən Paşinyana tam dəstək:

Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, Ermənistanın daxili işidir – orada baş verən hər şey və Ermənistanın ali rəhbərliyinin gündəmə gətirdiyi hər şey. Biz bunu bilirik və bu proseslərə qarışmırıq”, - nazir müavini jurnalistlərə açıqlamasında deyib.

Aprelin 25-dən etibarən müxalifət Ermənistanın hər yerində ölkənin indiki hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyaları keçirir.

Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR