Saat:08:01
Haqqımızda

Kremldən Kiyevə qarşı daha bir təxribatçı addım-separatçı Donbas və Luqansk sakinləri Rusiyadakı seçkilərdə iştirak edəcək

2021-07-23 14:20:00

Kremldən Kiyevə qarşı daha bir təxribatçı addım-separatçı Donbas və Luqansk sakinləri Rusiyadakı seçkilərdə iştirak edəcək

Kiyev Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkilərə Donbasdakı əhalinin də cəlb edilməsinə etirazını bildirib. Məlumat üçün bildirək ki, Rusiya Mərkəzi Seçki Komitəsinin qanun layihəsində Donbas və Luqansk ərazilərində yaşayan rusların parlamentə keçiriləcək seçkilərdə onlayn şəkildə səs verməsi nəzərdə tutulur.  Qeyd olunur ki, seçicilər eyni zamanda təsdiqlənmiş hesabı olan vahid dövlət xidmətləri portalının istifadəçisi olmalıdırlar. Dumanın aşağı palatasının vitse-spikeri Pyotr Tolstoy isə Donbasın Dövlət Dumasına seçkilərdə iştirakı ilə əlaqədar Kiyevin etirazını isterika adlandırdı: "İstəyirsən etiraz et, istəyirsən etiraz etmə - seçkilər onsuz da keçiriləcək. Yaşayış yerindən asılı olmayaraq bütün Rusiya vətəndaşları səs vermək hüququna malikdirlər. Bu, yüz minlərlə Donbass sakini - Rusiya vətəndaşlarına da aiddir. Kiyevin isterikası insanların seçkilərdə iştirak etmək hüquqlarını təsir etməyəcək", deyə özünün şovinist çıxışları ilə məşhur olan Pyotr Tolstoy bildirib.

“Lenta.ru”

Hazırladı: Ülviyyə Şükürova  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR