Saat:06:33
Haqqımızda

Kremldən İrəvan-Moskva münasibətləri ilə bağlı açıqlama

2024-02-01 14:36:35

Kremldən İrəvan-Moskva münasibətləri ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmasının Moskvanın çox qimətləndirdiyi ikitərəfli münasibətlərə de-yure və de-fakto təsir göstərməməsinin Rusiya üçün mühüm olduğunu söyləyib. 
Kremlin təmsilçisi deyib: "Burada şərh ediləcək nəsə yoxdur. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur. Lakin digər tərəfdən də, bu cür qərarların bizim ikitərəfli münasibətlərimizə nə de-yure, nə də de-fakto təsir göstərməməsi bizim üçün vacibdir. Biz bu ikitərəfli münasibətləri yüksək qiymətləndiririk və gələcəkdə daha da inkişaf etdirməyə ümid bəsləyirik".
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin barəsində həbs qərarı çıxarıb. Haaqa tribunalının Putin barəsində qərarı Rusiya Prezidentinin Ukraynada apardığı müharibə ilə əlaqədardır. Bundan sonra Rusiya tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin həmin qərarı çıxaran hakim və prokurorlar barədə cinayət işi açıb, onları axtarışa verib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.241215