Kremldən açıqlama: “Biz Ukraynadan taxıl oğurlamamışıq”

2022-06-23 15:55:00

Kremldən açıqlama: “Biz Ukraynadan taxıl oğurlamamışıq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sözlərinə şərh verib. Peskov Kiyevin Rusiyanın Ukrayna taxılını oğurladığı barəsində bəyanatını təkzib edib.

Çavuşoğlu Kiyevin Rusiyanın “oğurlanmış Ukrayna taxılını” satdığını bildirən açıqlamasından sonra Ankaranın araşdırma apardığını söyləyib. Bu gün Britaniyalı həmkarı Liz Trassla birgə mətbuat konfransında çıxış edən Çavuşoğlu deyib: “Ukraynadakı taxılın Rusiya tərəfindən oğurlandığı iddialarına ciddi yanaşırıq və bunu araşdırdıq.Ukrayna taxılının Rusiya və yaxud da başqa bir ölkə tərəfindən alınıb beynəlxalq bazarda qeyri-qanuni yollarla satılmasına qarşıyıq. Türkiyə olaraq, belə məhsulların bizə gəlməsinə də qətiyyən imkan vermərik”. Qeyd edək ki, Ukrayna səfiri Rusiyanın Türkiyəyə oğurluq taxıl satdığını iddia eləmişdi.

Peskov bu gün jurnalistlərlə söhbətində bu mövzudan danışarkən belə deyib: “Bunu XİN-dən soruşmaq lazımdır. Rusiya heç bir taxılı oğurlamayıb”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya