Saat:16:43
Haqqımızda

Kreml Zelenskinin Putinin qətli barədə açıqlamasına cavab verib

2023-11-21 15:50:31

Kreml Zelenskinin Putinin qətli barədə açıqlamasına cavab verib

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın dəfələrlə sözlə Vladimir Putinə qəsd elədiyini, lakin heç nəyə nail olmadığını söyləyib.

Peskov “Rossiya-24” kanalının “Moskva. Kreml. Putin” verilişində deyib: “Yadınızdadırsa, Ukrayna tərəfindən dəfələrlə müxtəlif səviyyələrdə sözlə sui-qəsdlər olub. Lakin onlar heç nə edə bilməyiblər. Xüsusi Hərbi Əməliyyatın bütün hədəflərinə nail olunduğuna şübhə eləmirik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında müharibə başlanandan bəri ona azı 5 dəfə sui-qəsd olunduğunu söyləyib. “San” (“The Sun”) nəşrinin müxbirinin “RF Prezidenti Vladimir Putini öldürmək imkanınız olsaydı nə edərdiniz?” sualının cavabında Zelenski öz torpaqlarını qorumaq üçün ölkənin müharibədə bütün hüquqlara malik olduğunu deyib.

Hürr Tərcüman.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.716703