Saat:09:01
Haqqımızda

"Kreml vəziyyətdən çıxmaq istəyirsə Ankaranın vasitəçiliyindən faydalana bilər" - ELXAN ŞAHİNOĞLU

2022-01-28 10:18:00

"Yox, əgər bütün hallarda Donbasın ilhaqı planlaşdırılıbsa Türkiyədəki görüş sadəcə müharibəni bir müddət ləngidəcək"

"Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib. Belə baxanda Putinin səfər edəcəyi ölkələrin sayı çox deyil. Kreml sahibi böyük fasilədən sonra bugünlərdə Hindistana səfər etmiş, bu ölkənin baş naziri Narendra Modi ilə görüşmüşdü. Putin düşünürdü ki, Hindistana istədiyi hərbi texnikanı sata biləcək. Ancaq Dehli artıq xarici və təhlükəsizlik siyasətini korrektə edib, Rusiya hərbi texnikasını gözüyumulu almır, ABŞ-la əməkdaşlığa üstünlük verməyə başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Vladimir Putin fevralın 4-də Pekinə gedib qış olimpiya oyunlarının açılışında iştirak edəcək, bundan sonra Ankaraya gedəcək: "Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini təklif edib. Ərdoğan açıqlamasında həm Ukraynanın ərazi bütövlüyünə dəstəyini və bu ölkəyə hərbi müdaxiləni qəbul etməyəcəyini bildirib, həm də Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarının dinlənilməsini və dialoqun davamını zəruri hesab edib. Ankaranın mövqeyi doğrudur. Kreml özünün yaratdığı indiki mürəkkəb vəziyyətdən çıxmaq istəyirsə Ankaranın vasitəçiliyindən faydalana bilər, yox əgər bütün hallarda Donbasın ilhaqı planlaşdırılıbsa Türkiyədəki görüş sadəcə müharibəni bir müddət ləngidəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR