Kreml Ukraynaya qarşı Almaniyada koalisiya qurmağa çalışır - "Washington Post"

2023-04-26 00:03:00

Kreml Ukraynaya qarşı Almaniyada koalisiya qurmağa çalışır -

Kreml Ukraynaya dəstəyi azaltmaq üçün Almaniyanın ifrat sol və ifrat sağçı partiyalarını koalisiyada birləşdirmək istəyir. 

Bu barədə "The Washington Post” qəzeti Avropa kəşfiyyatının Kremldən əldə etdiyi məxfi sənədlərə istinadən yazır.

Qəzet yazır ki, sənədlərdə Rusiya rəsmiləri ilə siyasi texnoloqlar arasında görüşlər, habelə Kremlin Avropada müharibə əleyhinə əhval-ruhiyyə yaratmaq üçün Almaniyaya diqqət yetirmək əmri var. Eyni zamanda, sənədlərdə Almaniyanın özündə rusiyalıların heç bir müttəfiqi ilə ünsiyyəti qeydə alınmır.

"The Washington Post” yazır ki, Kreml Avropada müharibə əleyhinə əhval-ruhiyyə yaratmaq və Ukraynaya dəstəyi zəiflətmək üçün Almaniya siyasətinə müdaxilə etməklə yanaşı, Almaniya hökumətinə qarşı ekstremist etirazları dəstəkləməyə çalışır.

Sənədlərə əsasən, Kremlin əsas məqsədi Almaniyada "istənilən səviyyədə seçkilərdə çoxluğu” əldə etməyə qadir olan yeni siyasi hərəkat yaratmaq olub. Rusiya hakimiyyəti həmçinin Almaniya cəmiyyətində dəstəyini artırmaq üçün ifrat sağçı "Almaniya üçün Alternativ” (AfD) partiyasını "yenidən təşkilinə” ümid edirdi.

Qəzet yazır ki, Rusiyalı siyasi texnoloqlar AfD-ni Rusiyaya qarşı sanksiyaların Almaniyanın maraqlarına zidd olduğunu elan etməli olan "Alman birliyi” partiyasına çevirməyə hazırlaşırdılar. Hazırlanan manifestdə qeyd olunub ki, guya "qeyri-adekvat” siyasətçilər Almaniyanı alman xalqının "təbii müttəfiqi” adlandırılan Rusiya Federasiyası ilə münaqişəyə sürükləyiblər. 

Sənədlərdən siyasi texnoloqların hazırladığı manifestin AfD-də kiməsə çatıb-çatmadığı bəlli deyil. \\Qaynarinfo.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189112