Kreml: "Tokio Moskvaya qarşı bütün düşməncəsinə addımlara qoşulub"

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Kremlin mətbuat təmsilçisi Dmitri Peskov Tokionun Moskvaya qarşı atılan bütün düşməncəsinə addımlara qoşulduğunu söyləyib.
Rusiya Prezidentinin təmsilçisinin sözlərinə görə, hazırda RF ilə Yaponiya arasında sül sazişinin imzalanması ilə bağlı heç bir təmas mövcud deyil və Yaponiya tərəfinin qeyri-dost addımları fonunda belə imkanlardan danışmaq lazım gəlmir.
Peskov deyib: "Tokio ölkəmizə qarşı bütün qeyri-dost və düşməncəsinə addımlara tam qoşulmaqda tələsib. Sülh müqaviləsini istəmək barəsində danışmaq ayrıdır, Yaponiya rəhbərliyinin ölkəmizə qarşı qəbul elədiyi qərarlar və real vəziyyət tamam ayrı. Biz real vəziyyətdən çıxış edirik".
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında Tokionun Moskva ilə sülh müqaviləsi bağlamaq və ölkələr arasında ərazi mübahisəsini həll etmək istədiyi bildirilir. Məlumata görə, Yaponiya hakimiyyəti də yaponların cənub Kuril adalarına səyahət imkanının bərpa edilməsini istəyir.
Hürr Tərcüman
