Kreml təsdiqlədi: "Bəli, sülhməramlılarımız Qarabağdan gedirlər"
2024-04-17 14:45:07
![Kreml təsdiqlədi:](https://cdn.tvc.ru/pictures/o/416/075.jpg)
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk eləməsi prosesinin başlandığı barəsində məlumatı təsdiqləyib.
Peskov aprelin 17-də keçirilən mətbuat konfransındakı çıxışı zamanı, Azərbaycan mətbuatında dərc edilən sülhməramlıların gedişi xəbəri ilə bağlı sualın cavabında deyib: "Bəli, bu, həqiqətən belədir".
Hürr Tərcüman
![](/frontend/uploads/files_son/QAZ12.jpg)