Kreml: "SSRİ mövcuddur, Ukraynada ölkədaxili müharibə gedir"
2025-05-21 17:36:29

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Peterburq Beynəlxalq Hüquq Forumundakı çıxışında belə bir iddia səsləndirib.
Kobyakovun sözlərinə görə, SSRİ-ni 1922-ci ildə onu yaradan orqan - Xalq Deputatları Soveti ləğv etmədiyi üçün, SSRİ-nin yerinə müstəqil dövlətlər birliyinin formalaşdırılması prosesi zamanı qanun pozulub və beləliklə, Sovet Sosialist Respublikaları İttifaqı hüquqi olaraq indiyə qədər mövcuddur.
Putinin müşaviri əlavə edib: "Buna görə də, deyə bilərik ki, Ukraynadakı müharibə - daxili prosesdir".
Hürr Tərcüman
