"Kreml separatçılarla bağlı "planlarından" əl çəkməyib" - ELXAN ŞAHİNOĞLU

"Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir"
"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" açıqlamasına özünəməxsus reaksiya verib. Zaxarova bildirib ki, Nikol Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub. O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, Mariya Zaxarovanın "Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub" cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını "diqqətə" alır: "Yəni, bu o deməkdir ki, Kremlin Qarabağla bağlı "fərqli" mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı "planlarından" əl çəkməyib".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya