Saat:04:18
Haqqımızda

Kreml: "Rusiyada Ermənistanda olduğundan daha çox erməni yaşayır"

2024-03-26 13:44:15

Kreml:

Kremlin təmsilçisi: "Hazırda Ermənistanla münasibətlərimiz mürəkkəbdir"

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti V.Putinin mətbuat katibi Dmitri Peskov "Arqumentı i Faktı" nəşrinə müsahibəsində Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin hazırki vəziyyətinin "sadə olmadığını" deyib.
Peskov Ermənistanı "qardaş ölkədən də artıq" adlandırıb - "çünki Rusiyada Ermənistandakından daha çox erməni yaşayır".
Peskov deyib: "Rusiya Federasiyasının vətəndaşı olan ermənilərin iqtisadi aktivliyi indiyə qədər Ermənistanın ümumi büdcəsinin böyük faizini təşkil edir.
Lakin çox təəssüf ki, Qafqaz regionu müxtəlif regiondankənar  qüvvələrin diqqətini özünə cəlb edir. Biz əminik ki, bu qüvvələrin iştirakı çox güclü şəkildə məhdudlaşdırılmalıdır. Çünki həmin qüvvələr oraya sabitlik və firavanlıq gətirməyə qabil deyil. Ona görə də ümid edirik ki, münasibətlərimizin inkişafını davam etdirmək məsələsində İrəvan güclü iradə nümayiş etdirəcək və biz bu mürəkkəb dövrdən uğurla keçəcəyik".

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184548