Kreml prezident seçkilərinə hazırlaşır? - Peskovdan cavab
2023-01-23 14:51:00
.jpg)
"Kremlin 2024-cü il prezident seçkilərinə hazırlığa başlaması hələ tezdir".
Hurriyyet.az xəbər verir ki, bunu mətbuat katibi Dmitri Peskov bildirib.
O, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın MSK-nın artıq prezident seçkilərinə hazırlaşdığı barədə sözlərinə münasibət bildirib:
"Bunu hamı bilir. Bu prosesdir. MSK öz funksiyalarını yerinə yetirir".
Prezident administrasiyasında oxşar işlərin görülüb-görülməməsi ilə bağlı suala Peskov belə cavab verib: "Hələ tezdir. Kampaniya hələ başlamayıb. Kremldə çoxlu cari işlər var. Prezidentin çox fəal qrafiki və gərgin gündəliyi var".
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. (yenisabah)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya