Kreml Paşinyanın “sülhməramlıların varlığı və fəaliyyəti suallar doğurur” açıqlamasına cavab verdi

2022-08-04 19:19:00

Kreml Paşinyanın “sülhməramlıların varlığı və fəaliyyəti suallar doğurur” açıqlamasına cavab verdi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın rusiyalı sülhməramlıların Qarabağdakı varlığının və fəaliyyətinin suallar doğurduğu açıqlaması ilə bağlı Kremlin mövqeyini bildirib.

Peskov jurnalistlərə açıqlamasında deyib: “İstinad nöqtəsi olan üçtərəfli sənədlər var - ən əsası, həmin sənədə görə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə riayət eləmələridir”.

Peskov Ermənistanın Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti ilə bağlı suallarının dialoq əsasında aydınlaşdırıla biləcəyini söyləyib: “Əsəg suallar varsa, sözsüz ki, onlara cavab vermək lazımdır. Lakin eyni zamanda bizim erməni tərəfi ilə müxtəlif səviyyələrdə sıx təmaslarımız var, bu təmaslar sayədində mövcud sualları aydınlaşdıra bilərik”.

Hürr Tərcüman

“Paşinyanın fikrincə, sülhməramlılar ermənilər üçün özlərini odun içərisinə atmalıdırlar” – Korotçenko

Rusiyanın Xarici İşlər Nazirliyi: “Sülhməramlılar səy göstərirlər”

"Qisas” əməliyyatından sonra Kremldən açıqlama: “Narahatıq”

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103