Kreml Paşinyanın rədd cavabına görə təəssüflənir
2023-11-14 14:50:08

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT üzvü ölkələrinin liderlərinin noyabrın 23-də, Minskdə keçiriləcək iclasında iştirakdan imtinasına görə təəssüfləndiyini bildirib. Peskov KTMT iclası kimi görüşlərin fikir müadiləsi və “saatların sazlanması” üçün yaxşı məqam olduğunu qeyd edib. Peskov təşkilatın öz aktuallığını qorumağa davam elədiyini, KTMT çərivəsindəki görüşlərin həmin formatın aktuallığından xəbər verdiyini deyib.
Hürr Tərcüman
