Kreml: “Paşinyan Qarabağdakı vəziyyətlə əlaqədar Putinə zəng edib”

2022-08-24 12:00:00

Kreml: “Paşinyan Qarabağdakı vəziyyətlə əlaqədar Putinə zəng edib”

Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən açıqlamaya görə, bu gün erməni tərəfinin təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikola Paşinyan ilə RF Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Açıqlamada deyilir: “Rusiya, Ermənistan və Azərbaycanın 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixlərində əldə elədikləri üçtərəfli razılaşmaların ardıcıl şəkildə reallaşdırılmasının mühümlüyü təsdiqlənib. Həmçinin, regionda sabitliyin təminatında Rusiya sülhməramlı kontingentinin rolu qiymətləndirilib”.

Söhbət zamanı Rusiya ilə Ermənistan arasındakı strateji əməkdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonrakı inkişafının aktual məsələlərinə də toxunulduğu deyilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076227