Kreml Paşinyan-Putin telefon danışığının təfərrüatlarını AÇIQLADI

2023-04-26 21:00:00

Kreml Paşinyan-Putin telefon danışığının təfərrüatlarını AÇIQLADI

Kreml Paşinyan-Putin telefon danışığının təfərrüatlarını açıqlayıb

Hurriyyet.Az xəbər verir ki, Kreml Rusiya Federasiyası Prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığının təfərrüatlarını təqdim edib.

“Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dair praktiki problemlərin həllinə diqqət yetirilib.

Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiq edilib.

Rusiya Prezidenti “erməni soyqırımı”nı “anım günü” münasibətilə həmrəy olduğunu bildirib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub”, – deyə məlumatda bildirilir. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185472