Kreml Paşinyan iqtidarının həbs etdiyi Karapetyanı dəstəklədiyini rəsmən bəyan etdi
2025-06-20 13:50:12
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Rusiya vətəndaşı, "Tashir" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın İrəvanda həbs ediməsi ilə bağlı vəziyyəti diqqətdə saxladığını və zərurət yarandığı təqdirdə, ona istənilən yardımı etməyə hazır olduğunu bəyan edib.
Peskov deyib: "Bizim üçün o, Rusiya vətəndaşıdır. Biz Ermənistanın daxili işlərində qarışmaq istəmirik,lakin Rusiya vətəndaşı ilə əlaqədar olan hər şeyi diqqətdə saxlayırıq".
Qeyd edək ki, İrəvan Məhkəməsi sahibkar Karapetyanın iki ay müddətinə həbs olunmasını qərara alıb. O, hakimiyyəti ələ keçirməklə bağlı çağırışlarda ittiham edilir.
Hürr Tərcüman
