Saat:08:15
Haqqımızda

Kreml mediadakı ruporlarına - Solovyov, Simonyan və digərlərinə NƏZARƏT EDƏ BİLMİR?

2024-03-26 11:40:17

Kreml mediadakı ruporlarına - Solovyov, Simonyan və digərlərinə NƏZARƏT EDƏ BİLMİR?

Elxan Şahinoğlu: "Ya onlar erməni lobbisinin sifarişini yerinə yetirməklə "özfəaliyyətlə" məşğuldurlar, ya da Azərbaycanla terrorçular arasında əlaqə qurmaq təşəbbüsü yalnız erməni lobbisinin işi deyil, tapşırıq yuxarılardan gəlib"

"Mətbuat Şurasının rusiyalı teleaparıcı, jurnalist Vladimir Slovyovun "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktını Azərbaycanla əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyən bəyanatını dəstəkləyirəm. "Vladimir Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır" bildirilən bəyanatda rusiyalı jurnalistin cəmiyyəti yanlış yönləndirməklə məşğul olduğu bildirilib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Mətbuat Şurasının bəyanatında "Sputnik" agentliyinin rəhbəri Marqarita Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin sifarişlərini yerinə yetirdiyi vurğulanıb: "Solovyov və Simonyan erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirirlərsə və bu cür hallar dayanmadan təkrarlanırsa, onları bu vəzifələrə təyin edənlər niyə həmin "jurnalistlərə" xəbərdarlıq etmirlər? Axı Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır. Deməli, buradan iki nəticə hasil etmək olar, ya Kreml mediadakı ruporlarına nəzarət edə bilmir və Solovyov, Simonyan və digərləri erməni lobbisinin sifarişini yerinə yetirməklə "özfəaliyyətlə" məşğuldurlar, ya da Azərbaycanla terrorçular arasında əlaqə qurmaq təşəbbüsü yalnız erməni lobbisinin işi deyil, tapşırıq yuxarılardan gəlib. Misal üçün Rusiya Dövlət Dumasının sədr müavini və hakim partiyanın üzvü Pyotr Tolstoyun erməni lobbisinə bağlılığını iddia etmək mümkün olmasa da, bu şəxs də imkan düşən kimi Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202373