Kreml güzəştə getməli və ultimatumlardan imtina etməli olacaq...
Hurriyyet.az xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutu yeni hesabatında Moskvanın sərt mövqeyinin çıxılmaz olduğunu bildirib. Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir ki, Moskva Ukraynada tammiqyaslı müharibə və onun nəticəsi kontekstində ultimatumlarını yenidən nəzərdən keçirməli olacaq. Kreml uzun müddətdir təkid etdiyi tələblər, o cümlədən təkcə son 20 bəndlik sülh planı ilə deyil, həm də orijinal 28 bəndlik planla uyğun olmayan bir çox tələblər üzrə güzəştə getməli olacaq.
ABŞ-ın NATO-dakı səfiri Mett Uitaker bu yaxınlarda ABŞ, Ukrayna və Avropa arasında son danışıqların nəticəsi olan dörd sənədə reaksiya məsələsində "top artıq Rusiyanın meydanındadır" deyə bildirib. Lakin analitiklər qeyd edirlər ki, cəbhədə minimal uğurlar naminə Rusiya ordusunun hətta yüksək itkiləri belə Kremli müharibəni bitirməyə sövq etmir.
Moskva Qərb təkliflərinə maraq göstərməmək siqnalları göndərməyə davam edir. 20 maddəlik planın dərc olunmasından əvvəl belə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov gözlənilən təklifləri "qeyri-konstruktiv" adlandırmışdı. Kreml dəfələrlə son sənədlərdə irəli sürülən kompromis ideyasına tamamilə zidd olan tələblər irəli sürüb. 19 dekabrda Kremlin diktatoru Vladimir Putin 2024-cü ilin iyun ayında səsləndirdiyi maksimalist məqsədlərini bir daha təsdiqlədi. Bunların arasında:
Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrindən tamamilə çıxarılması;
Ukraynanın NATO-dan və neytral statusdan imtina etməsi;
Kiyevdə silahsızlaşdırma və hakimiyyət dəyişikliyi ("denazifikasiya");
Ərazilərin işğalının beynəlxalq səviyyədə tanınması və bütün sanksiyaların ləğvi.
Kremlin bu köhnə tələblərə və Alyaska sammitində əldə edilmiş razılaşmalara daim istinad etməsi göstərir ki, Moskva hazırda cəbhə xəttinin dondurulması təkliflərini rədd edir.
Lakin ekspertlər israr edirlər: prosesin irəliləməsi üçün Rusiya sərt ritorikasından geri çəkilməli olacaq.
NURAY
