Saat:05:49
Haqqımızda

Kreml Bakı ilə İrəvanın öz təsir dairəsindən uzaqlaşmasından narazıdır

2025-07-01 17:40:24

Kreml Bakı ilə İrəvanın öz təsir dairəsindən uzaqlaşmasından narazıdır

Lavrov: "Rusiyanı Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması prosesindən uzaqlaşdırırlar"
Hurriyyet.az xəbər verir ki, RF-nin xarici işlər naziri Sergey Lavrov ABŞ ilə Aİ-nin Rusiyanı Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdırmaq prosesindən sıxışdırıb uzaqlaşdırmaq istəyinin regionda təhlükəsizliyə təhdidləri gücləndirdiyini söyləyib.
Lavrov deyib: "Hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostların - Cənubi Qafqaz ölkələrinin və yaxın tərəfdaş dövlətlərin əhatəsində möhkəmləndirəcəyik. Xaricdən destruktiv müdaxilə istisna edilməlidir". Lavrovun sözlərinə görə, Rusiya Bakı ilə İrəvan arasında danışıqların uğurla bitməsi üçün tərəfdaş töhfəsini verməyə hazırdır. Moskva danışıqların 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli danışıqlar əsasında aparılmasını istəyir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.332116