Saat:15:15
Haqqımızda

Kreml: "Azərbaycanla münasibətlər Moskva üçün dəyərlidir" - "Bizdən asılı olanı əsirgəməyəcəyik"

2025-01-09 15:22:21

Kreml:

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən mətbuat Moskvanın Azərbaycanla bağlı münasibətləri yüksək qiymətləndirdiyini bildirib. 
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır, Bakı və İrəvan ilə münasibətlərini inkişaf etdirməyə davam edir. O, Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını söyləyərək deyib: "Biz də istəyirik ki, Qafqazda sülh, sabitlik, qarşılıqlı etimad və təhlükəsizlik atmosferi bərqərar olsun. Bizim həm Azərbaycan, həm də Ermənistan ilə xoş münasibətlərimiz var və biz bu münasibətləri yüksək qiymətləndiririk. Bu münasibətləri sonra da inkişaf etdirmək üçün bizdən asılı olan hər şeyi etmək niyyətindəyik".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216902